İran Müdafiə Nazirliyi: İsrail uzunmüddətli müharibəyə tab gətirə bilməz- ÖZƏL

İsrail uzunmüddətli silahlı münaqişəyə dözə bilməz. Olaylar.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Rza Təlayiniq  bəyan edib.
"Biz müəyyən itkilər versək də, sionist düşmən strateji baxımdan uzunmüddətli müharibəyə tab gətirmək və müqavimət göstərmək iqtidarında deyil. Bu rejim - bu sionist düşmən məğlub ediləcək. Sionist rejimin onurğası sındırılacaq," - deyə onun sözlərini CNN telekanalı yayıb. Təlayiniqin bu açıqlamaları Yaxın Şərqdə gərginliyin artdığı bir dövrə təsadüf edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31