Ermənistandakı AB müşahidəçiləri durbinlərini İrana tuşladı

Avropa Birliyinin Ermənistandakı mülki müşahidə missiyası İranla sərhəd bölgəsində fəaliyyətini intensivləşdirib. Məlumata görə, Ermənistanın cənubunda yerləşən Meğri şəhərində təcili şəkildə missiyanın yeni bazası yaradılıb.

Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Teleqram kanalları yayıb.

"Hazırda patrul fəaliyyəti əsasən bu bölgəyə yönəldilib, bu isə Ermənistan-Azərbaycan sərhədindəki müşahidə imkanlarının azalması ilə nəticələnib.

Oxşar dəyişikliklər Avropa Birliyinin Gürcüstandakı müşahidə missiyasının fəaliyyətində də müşahidə edilir", - məlumatda qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31