Ərdoğan və Putin İranla bağlı təcili telefon danışığı apardı

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında İranla bağlı vəziyyətlə əlaqədar telefon danışığı baş tutub.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyası yayıb.

Rəsmi açıqlamaya görə, liderlər İran və İsrail arasında artan hərbi gərginliyi müzakirə ediblər.
"Prezidentlər telefon danışığı zamanı İran-İsrail münaqişəsini və bölgədəki təhlükəli inkişafları dəyərləndiriblər," - deyə bildirilir.

Danışığın təfərrüatları açıqlanmasa da, ehtimal olunur ki, tərəflər regional sabitliyin qorunması və münaqişənin daha da dərinləşməməsi üçün diplomatik təşəbbüsləri müzakirə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31