İrandan təxliyədə göstərilən yardıma görə minnətdarlıq jesti olaraq Rusiya orkestri Bakıda konsert verəcək

İrandan təxliyədə göstərdiyi yardıma minnətdarlıq əlaməti olaraq Rusiyanın Dövlət Akademik Böyük Simfonik Orkestri bu gün 19:00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsertlə çıxış edəcək.Trend xəbər verir ki, giriş sərbəst olacaq. Xatırladaq ki, bundan əvvəl Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova rusiyalı artistlərin İrandan təxliyəsi zamanı operativ və əlaqələndirilmiş şəkildə göstərilən yardıma görə Azərbaycan hökumətinə təşəkkürünü bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31