İranlılar kütləvi şəkildə Tehranı tərk edir - VİDEO yayıldı

 

İsrail sosial şəbəkələrində Tehrandan kütləvi köçlə bağlı videolar yayılıb.

Musavat.com xəbər verir ki, israillilər sosial mediada və Telegram kanallarında Tehrandakı avtomobil sıxlığı görüntülərini paylaşaraq, şəhər sakinlərinin "panika içində qaçdığı"nı iddia edirlər.

Belə videolardan birini "İsrailin Səsi" kanalı yayımlayıb. 

 

 
 
 
 
 
 

Videoya belə bir şərh əlavə edilib:

"Tehrandan kütləvi çıxış. İnsanlar çamadanlarını toplayıb panika içində qaçırlar".

Eyni zamanda, israilli mənbələrdə "Tehrandan təxliyə ilə bağlı yaxın zamanda İsrail Müdafiə Ordusunun (SAXAL) rəsmi açıqlama verəcəyi" barədə məlumatlar yayılır.

Qeyd edək ki, Tehran əhalisi təxminən 15 milyon nəfərdir ki, bu da bütün İsrail əhalisindən (təxminən 10 milyon nəfər) daha çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31