Rəsmi Terhan: İran saziş bağlamağa hazırdır

İran nüvə silahından imtinaya zəmanət verən sazişə imza atmağa hazırdır. Lakin Tehran ölkənin dinc məqsədli nüvə enerjisini inkişaf etdirmək hüququnu məhdudlaşdıran hər hansı şərti qəbul etməyəcəyini bildirir.

Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi açıqlama verib.

Onun sözlərinə görə, İran istənilən formatda nüvə silahı istehsalının qarşısını alan razılaşmanı dəstəkləyir:

"Biz İranın nüvə silahı əldə etməsinin qarşısını almağı hədəfləyən istənilən sazişə hazırıq. Amma əgər bu sazişin məqsədi İranı dinc nüvə enerjisi sahəsindəki qanuni hüquqlarından məhrum etməkdirsə, bu, bizim üçün qəbuledilməzdir".

Nazir əlavə edib ki, Tehran danışıqların altıncı raundu çərçivəsində nüvə sazişi üzrə razılaşma təklifini ABŞ tərəfinə təqdim etməyi planlaşdırır.

Abbas Əraqçi həmçinin qeyd edib ki, İsrailin son hücumları regionda diplomatik təşəbbüslərə qarşı yönəlib:

"Bu hücumlar göstərir ki, İsrail nüvə danışıqlarının uğurla nəticələnməsini istəmir və hər cür diplomatik prosesə əngəl törətməyə çalışır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31