Bu şəxslərin ölkəyə girişi qadağan edildi - 60 gün vaxt verilib
10:39 DünyaDonald Tramp administrasiyası daha 36 ölkəni vətəndaşlarının ABŞ-a girişinə qadağa qoyulan ölkələrin siyahısına daxil etmək niyyətindədir.
Musavat.com xəbər verir ki, məlumatı "The Washington Post" qəzeti Dövlət Departamentinin əməkdaşları üçün nəzərdə tutulmuş daxili sənədə istinadən məlumat yayıb.
Qeyd olunur ki, müvafiq memorandum dövlət katibi Mark Rubio tərəfindən şəxsən imzalanıb. Sənəd iyunun 14-də ölkələrlə işləyən amerikalı diplomatlara göndərilib.
Memorandumda qeyd olunur ki, ABŞ Dövlət Departamenti yeni tələblərinə əməl etmək üçün ölkələrə 60 gün vaxt verib. Bu müddətdə ölkələr müəyyən tələblərə əməl olunmasını təmin etməyiblər. Xüsusilə bir sıra ölkələrdə "etibarlı şəxsiyyət vəsiqəsinin və ya digər mülki sənədlərin verilməsi üçün mərkəzi dövlət qurumu" yoxdur. Digər ölkələr üzrə vizasının müddətini ötmüş çoxlu sayda vətəndaşı qeydə alınıb.
Bildirilir ki, vətəndaşlarına ABŞ vizasından imtina ediləcək ölkələrin yenilənmiş siyahısına Misir və Cibuti də daxil olmaqla 25 Afrika ölkəsi, həmçinin Mərkəzi Asiya, Karib dənizi regionu və Sakit okean adalarının bir neçə ölkəsi daxil olacaq.
Bundan əvvəl Trampın göstərişi ilə 12 ölkəyə qarşı belə addım atılıb. Onların arasında olan Türkmənistan Ağ Evə etirazını bildirib.