İranın gecə zərbələri: bu obyekt də VURULDU - ÖLƏNLƏR VAR
09:42 Dünyaİranın Təl-Əviv ətrafındakı yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində azı 4 nəfər ölüb.
Musavat.com xəbər verir ki, məlumatı Times of Israel yayıb. Qəzetin məlumatına görə, Təl-Əvivin ətrafı Bat Yamda həlak olanlar arasında iki uşaq da var. Daha 137 nəfər yaralanıb, təxminən 35 nəfər itkin düşüb. Binanın özü uçmaq təhlükəsi ilə üz-üzədir və xilasedicilər içəridə qalan qurbanları tapmağa tələsir.
İranın İsraili atəşə tutması nəticəsində Rehovot şəhərində yerləşən Veyzman Elmi Tədqiqat İnstitutunun tədqiqat mərkəzinə də ciddi ziyan dəyib və yanğın başlayıb. İnstitutun yataqxanasında yaşayan tələbənin "The New York Times" qəzetinə verdiyi məlumata görə, tədqiqat mərkəzinin binasındakı divarların çoxu uçub. O, həmçinin əlavə edib ki, partlayış nəticəsində yaranan zərbə dalğası yaxınlıqdakı binaların pəncərələrini sındırıb.
Tədqiqat institutu Təl-Əvivdən 20 kilometr aralıda yerləşir. İlkin ehtimala görə, binanın dağıntıları altında insanlar ola bilər. Hazırda dəqiq məlumat yoxdur.
Bundan əvvəl "Nur News" agentliyi İranın İsrailə zərbələr endirmək üçün "Emad", "Ghadr" və "Xeybar Shekan" raketlərindən istifadə etdiyini bildirmişdi. Sözügedən silahlar Hayfa və Təl-Əvivdəki hədəfləri vurub.