İranın ballistik raketi İordaniyada yerə çırpıldı – texniki nasazlıq şübhəsi

İranın "Emad" tipli ballistik raketi İordaniya ərazisinə düşüb. 

Olaylar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan video görüntülərdə iddia olunur.

Kadrlarda raketin havada hərəkəti və ardınca partlayış anı əks olunur. İlkin məlumatlara görə, insidentin səbəbi texniki nasazlıq ola bilər.

Hələlik nə İran, nə də İordaniya tərəfindən rəsmi açıqlama verilməyib. Hadisə bölgədə narahatlıq yaradıb və raket təhlükəsinin sərhədləri aşdığını göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31