İsrail İrana zərbələri davam etdirir – İsrail MN

İsrail Müdafiə Qüvvələri (İDF) İrandakı hədəflərə aviazərbələr endirməyə davam etdiyini bəyan edib.

Bu barədə Olaylar.az "Times of Israel" nəşrinə istinadən məlumat yayıb.

İsrail Müdafiə Qüvvələrinin rəsmi sosial şəbəkə hesabında qeyd olunur ki, İrandan təhdidlərin aradan qaldırılması üçün İsrail hava qüvvələri hədəfləri vurmağı davam edir. Məlumat hava zərbələrinin görüntüləri ilə müşayiət olunur.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran "Həqiqi Vəd III Əməliyyatı" ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə 150-dən çox ballistik raket və 100-dən çox pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31