"Qüds" qüvvələri komandanı da ÖLDÜRÜLDÜ - ŞOK İDDİA

İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsinin komandanı, briqada generalı İsmayıl Qaani öldürülüb.

Olaylar.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Qeyd edək ki, ötən ilin oktyabrında İsrailin Beyruta endirdiyi hava hücumlarından sonra Qaaninin öldüyünə dair xəbərlər yayılmışdı. Daha sonra SEPAH-ın Qüds Qüvvələri komandanının müavini İrəc Məscidi Qaaninin sağ olduğunu açıqlamışdı. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31