İranın Ali rəhbəri xalqa müraciət edib

İran Silahlı Qüvvələri İsrailin hücumunu cavabsız qoymayacaq.

Olaylar.az xəbər verir ki, İranın Ali rəhbəri Seyid Əli Xamenei bunu xalqa müraciətində deyib. O, eyni zamanda, Silahlı Qüvvələrin yüksək hazırlıq vəziyyətinə gətirilməsini tapşırıb.

İranın Böhran Vəziyyətlərində İdarəetmə Qərargahı isə öz növbəsində vətəndaşları sakit olmağa, ictimai asayişin qorunması məqsədilə narahatlığa səbəb olacaq hər hansı hərəkətdən çəkinməyə, yalnız rəsmi və etibarlı məlumatlara diqqət yetirməyə, rəsmi xəbərləri və göstərişləri yalnız milli mediadan, etibarlı kommunikasiya kanallarından və rəsmi mediadan almağa çağırıb

Qurum, həmçinin, kiberməkanda fəaliyyət göstərən fəallardan vəzifələrini yerinə yetirdikləri zaman ictimaiyyətin psixoloji təhlükəsizliyini əsas götürmələrini istəyib.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələrinin 200-dən çox qırıcısı gecə ərzində İranda 100-dən çox hədəfə hücum edib. Zərbələr nəticəsində İranın bir sıra yüksək rütbəli hərbçisi, rəsmi şəxsləri və nüvə sahəsi üzrə alimləri, həmçinin dinc sakinlər həlak olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31