ABŞ Dövlət Departamenti Yaxın Şərq üzrə xüsusi işçi qrupu yaratdı- ÖZƏL
13 İyun 13:42 DünyaABŞ Dövlət Departamenti Yaxın Şərqdəki vəziyyətin kəskinləşməsi fonunda regionda olan amerikalı vətəndaşların mümkün təxliyəsi ilə məşğul olacaq xüsusi işçi qrupu yaradıb. Olaylar.az xəbər verir ki, bu barədə ABC News telekanalı Dövlət Departamentindəki mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, sözügedən işçi qrupunun əsas vəzifəsi Yaxın Şərqdə gərginliyin artması, xüsusilə də İsrailin İrana endirdiyi son hava zərbələrindən sonra yaranmış təhdidlər fonunda ABŞ vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsidir.
Hazırda Dövlət Departamenti vəziyyəti yaxından izləyir və ehtiyac yaranacağı təqdirdə vətəndaşların təxliyyəsi üçün zəruri tədbirləri həyata keçirməyə hazır olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31