Kreml İsrail və İran arasında gərginliyin artmasından narahatdır – Rusiya geniş bəyanat hazırlayır

Rusiya İsrail və İran arasında son günlərdə baş verən hərbi toqquşmalar və artan gərginlik fonunda narahatlığını ifadə edib.

Olaylar.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov vəziyyəti "kəskin eskalasiya" kimi dəyərləndirərək, Moskvanın bu inkişafları ciddi şəkildə izlədiyini bildirib.

"Biz İsraillə İran arasında baş verən gərginliyin sürətlə artmasından ciddi narahatıq və bu vəziyyəti pisləyirik," - deyə Peskov qeyd edib.

O, həmçinin bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi prezidentin göstərişi ilə vəziyyətə dair yaxın zamanda ətraflı və geniş bəyanat yayacaq.

Moskvanın bu məsələdə hansı mövqedən çıxış edəcəyi və hansı diplomatik təkliflərlə çıxış edəcəyi beynəlxalq ictimaiyyət tərəfindən maraqla gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31