Səudiyyə Ərəbistanı və İran arasında telefon danışığı- ÖZƏL

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb. Danışıq zamanı şahzadə Feysəl İsrailin İslam Respublikasına qarşı həyata keçirdiyi hücumu qəti şəkildə pisləyib və bölgədəki gərginliyin azaldılması üçün dialoqun vacibliyini vurğulayıb.
Olaylar.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsində yaydığı açıqlamada deyilir:
"Ali Həzrət İsrailin İran İslam Respublikasının ərazisinə qarşı həyata keçirdiyi açıq-aşkar hücumu pislədi və fikir ayrılıqlarının həlli üçün güc tətbiqindən çəkinməyin, dialoq və diplomatiyanın önəmini qeyd etdi."
Rəsmi Riyad bölgədə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün bütün tərəfləri təmkinə və danışıqlara çağırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31