Pakistanın baş naziri İsrailin İrana zərbələr endirməsini pisləyib

Pakistanın baş naziri Şahbaz Şərif İsrailin İrana zərbələr endirməsini pisləyib.

Olaylar.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkə səhifəsində yazıb.

"İsrailin İrana qarşı bugünki əsassız hücumunu şiddətlə qınayıram. Bu hücum nəticəsində insan tələfatına görə İran xalqına səmimi başsağlığı verirəm.

Bu, ciddi və son dərəcə məsuliyyətsiz bir addımdır, dərin narahatlıq doğurur və onsuz da qeyri-sabit olan regionu daha da gərginləşdirə bilər", - deyə o, sosial şəbəkə X-dəki səhifəsində yazıb.

Şərif əlavə edib ki, Pakistan beynəlxalq ictimaiyyəti və BMT-ni regional və qlobal sülhə təhdid yaradan növbəti eskalasiyanın qarşısını almaq üçün dərhal tədbir görməyə çağırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31