İsrail on minlərlə ehtiyatda olan hərbçini səfərbər edir – Baş Qərargah rəisindən sərt açıqlama

İsrail İrana qarşı mümkün cavab hücumlarına hazırlaşmaq üçün genişmiqyaslı səfərbərlik elan edib. 

Olaylar.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir on minlərlə ehtiyatda olan hərbçinin orduya çağırıldığını açıqlayıb.

Zamirin xalqa müraciətində deyilir:
"Biz sizə yalnız uğur vəd etmirik. Qarşı tərəfdən gələcək cavab indiyə qədər gördüklərimizə bənzəməyəcək. Biz tam müdafiəyə hazırıq".

Rəsmilər qeyd edirlər ki, ehtiyat qüvvələrin səfərbər edilməsi həm hücum, həm də müdafiə məqsədilə həyata keçirilir. İsrailin bütün təhlükəsizlik strukturları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Bu addım, İranın İsrailin son hücumlarına cavab verəcəyini bəyan etməsindən sonra atılıb və bölgədə hərbi eskalasiya təhlükəsinin artdığına işarə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31