İran İsrailin hücumuna görə BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib- ÖZƏL
13 İyun 10:56 DünyaOlaylar.az xəbər verir ki, İranın BMT-dəki Daimi Nümayəndəliyi İsrailin ötən gecə İrana qarşı həyata keçirdiyi hücumlarla bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması üçün rəsmi müraciət edib.
BMT yanında İranın daimi nümayəndəsi Əmir Səid İravani tərəfindən Təhlükəsizlik Şurasının sədrinə ünvanlanan məktubda qeyd olunub ki, "sionist rejim düşünülmüş, qanunsuz və məqsədli şəkildə İran İslam Respublikasına qarşı bir sıra koordinasiyalı hərbi hücumlar həyata keçirib. Bu hücumlar həm nüvə obyektlərini, həm də mülki infrastrukturu hədəfə alıb".
Məktubun mətnini "Tasnim" agentliyi yayıb. İran tərəfi hücumları beynəlxalq hüququn pozulması kimi qiymətləndirərək dünya ictimaiyyətini və xüsusilə BMT Təhlükəsizlik Şurasını məsələyə dərhal reaksiya verməyə çağırıb.