Starmer İran və İsraili gərginliyi azaltmağa çağırıb
13 İyun 10:45 DünyaBöyük Britaniyanın baş naziri Kir Starmer İsrailin İran endirdiyi zərbələrin narahatlıq doğurduğunu bildirib və tərəfləri gərginliyi azaltmağa çağırıb.
Olaylar.az xəbər verir ki, bu barədə "The Daily Telegraph" məlumat yayıb.
"Zərbələr haqda məlumatlar narahatlıq doğurur və biz bütün tərəfləri geri çəkilməyə və dərhal gərginliyi azaltmağa çağırırıq.
Regionda eskalasiya heç kimin xeyrinə olmayacaq. İndi təmkinli, sakit olmağın və diplomatiyaya qayıtmağın vaxtı çatıb", - deyə Starmer bəyan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31