ABŞ dövlət katibi İsrailin İrana endirdiyi zərbələrə münasibət bildirib
13 İyun 07:10 DünyaABŞ-nin İrana zərbələrlə heç bir əlaqəsi yoxdur və Vaşinqtonun prioriteti regionda Amerika qüvvələrinin müdafiəsi olaraq qalır.
"Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
"İsrail Vaşinqtonu əməliyyatın özünümüdafiə üçün zəruri hesab etdiyini bildirib. Bizim İrana zərbələrlə heç bir əlaqəmiz yoxdur və ən yüksək prioritetimiz bölgədəki qüvvələrimizin müdafiəsi olaraq qalır. ABŞ prezidenti Donald Tramp və onun administrasiyası Amerika qüvvələrini qorumaq üçün bütün lazımi tədbirləri görüb", - deyə o bildirib.
O, İranı ABŞ-ın maraqlarına toxunmamağa və Amerika hərbçilərinə zərər verməməyə çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31