İsrail ehtiyatda olan hərbçiləri orduya çağırmağa başlayıb
13 İyun 07:07 Dünyaİsrail Müdafiə Qüvvələri əsas bölmələrdə xidmət etmək üçün ehtiyatda olan hərbçiləri orduya çağırmağa başlayıb.
"Report" xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.
Hərbçilər Hərbi Hava Qüvvələri, eləcə də Daxili cəbhə, Şimal və Mərkəzi komandanlıqlara cəlb ediləcək.
Eyni zamanda İsrail ordusu Yəhudeya və Samariya diviziyasının döyüş hazırlığını artıracaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31