İsrail İranda “Aslan Milləti” hərbi əməliyyatına başladığını elan edib
13 İyun 07:00 Dünyaİsrail İranda "Aslan Milləti" (Am Kelavi) adlı hərbi əməliyyata başladığını elan edib.
"Report" xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Qeyd olunub ki, hərbi əməliyyatın məqsədi İranın nüvə silahı təhlükəsini aradan qaldırmaqdır.
"İranın bir neçə gün ərzində bir neçə bomba istehsal etmək üçün kifayət qədər zənginləşdirilmiş uranı var və bu qaçılmaz təhlükəyə qarşı tədbir görülməlidir", - məlumatda vurğulanıb.
Baş nazir Benyamin Netanyahunun sözlərinə görə, əməliyyat lazım olduğu qədər davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31