“Bu ölkəyə səyahət etməyin” - ABŞ xəbərdarlıq etdi
12 İyun 13:53 DünyaABŞ-nin Bağdaddakı səfirliyi ABŞ vətəndaşlarına İraqa səfər etməmək barədə xəbərdarlıq edib.
Xəbərdarlıq səfirliyin əməkdaşlarını təxliyə etmək qərarından sonra edilib.
Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, ən yüksək səviyyəli xəbərdarlıqda deyilir:
"Terrorizm, adam oğurluğu, silahlı qarşıdurma, vətəndaş iğtişaşları və ABŞ hökumətinin İraqdakı ABŞ vətəndaşlarına fövqəladə xidmətlər göstərmək imkanlarının məhdudluğu səbəbindən İraqa səfər etməyin. Heç bir səbəbdən İraqa səfər etməyin".
Həmçinin təhlükəsizliklə əlaqədar olaraq, "Bağdaddakı ABŞ hökumətinin əməkdaşlarına Bağdad Beynəlxalq Hava Limanından istifadə etmək qadağandır", - deyə bildirilib. (sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31