ABŞ və Çin ticarət sazişində son mərhələ yaxınlaşır – ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, ABŞ ilə Çin arasında ticarət sazişi tam hazırdır və yalnız iki ölkə liderlərinin yekun təsdiqini gözləyir.

Bu razılaşmaya əsasən, Çin ABŞ-yə nadir torpaq elementləri tədarük edəcək, Amerika isə Çinli tələbələrə ABŞ universitetlərində təhsil almağa yenidən icazə verəcək.

Qeyd edək ki, ötən həftə ABŞ və Türkiyə liderləri 1,5 saatlıq görüş keçiriblər. Çin Xalq Respublikasının Sədri Si Cinpin isə ABŞ Prezidenti Donald Trampın Çinə yeni səfərini alqışlayacağını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31