Orban: “Rusiya ilə NATO arasında bufer zona sülhün təminatçısı ola bilər”- ÖZƏL
11 İyun 16:35 DünyaMacarıstanın Baş naziri Viktor Orbanın sözlərinə görə, Rusiya ilə NATO arasında yaradılacaq bufer zona hər iki tərəf üçün sülhün qarantı ola bilər. Olaylar.az xəbər verir ki, bu barədə Orban amerikalı jurnalist Ben Şapiroya verdiyi müsahibədə danışıb.
"Gələcək barədə danışmalıyıq. Müharibədən öncəki bufer zona konsepsiyasına qayıtmalıyıq. Əgər NATO ilə Rusiya arasında bir sahə varsa və bu sahə sülhü təmin edirsə, bu, həm NATO, həm də Rusiya üçün yaxşıdır," - deyə Orban bildirib.
Xatırladaq ki, bundan əvvəl də Macarıstanın baş naziri Avropa İttifaqı liderlərinin Ukraynanın əli ilə Rusiyaya qarşı müharibə apardığını və əsas məqsədlərinin qarşıdakı 10 ildə Rusiyaya qarşı durmaq olduğunu bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31