Tramp: “Putinlə münasibətlərim əladır, Ukrayna müharibəsi saxtalaşdırılmış seçkilər olmasaydı başlamazdı”- ÖZƏL

ABŞ Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərinin yaxşı olduğunu bildirib. Olaylar.az xəbər verir ki, o, iyunun 4-də Putinlə telefon danışığı apardığını və əsas mövzunun Ukraynada davam edən müharibə olduğunu qeyd edib.
"Əsasən müharibədən və ona necə son qoymaqdan danışdıq. Onunla (Putinlə) münasibətlərim həmişə əla olub. Və bu müharibə heç vaxt baş verməzdi, əgər 2020-ci il prezident seçkiləri saxtalaşdırılmasaydı", - deyə Tramp New York Post qəzetinin "Pod Force One" podkastında çıxışı zamanı bildirib.
Tramp bu fikirləri ilə ABŞ-də keçirilmiş son prezident seçkilərinin legitimliyini yenidən sual altına alıb və onun hakimiyyətdə qaldığı təqdirdə Ukraynada müharibənin başlamayacağını iddia edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31