Moldovada dövlət borcu ikiqat artdı – sabiq baş nazir Sanda hakimiyyətini tənqid edir- ÖZƏL
11 İyun 13:13 DünyaOlaylar.az xəbər verir ki, Moldova Respublikasının sabiq baş naziri, Avropayönlü Liberal-Demokrat Partiyasının (LDP) lideri Vladimir Filat Prezident Maya Sandu və onun rəhbərlik etdiyi Həmrəylik və Fəaliyyət Partiyasının hakimiyyəti dövründə ölkənin hər bir vətəndaşına düşən dövlət borcunun iki dəfədən çox artdığını bildirib.
Filatın sözlərinə görə, Moldova vətəndaşlarının - o cümlədən yeni doğulan körpələrin də - hər birinə düşən borc 2019-cu ildəki 16,3 min leydən ($948) 2025-ci ildə 36,5 min leyə ($2,1 min) yüksəlib. "Ötən il ölkədə son iki əsrdə ən aşağı doğum sayı qeydə alınıb - cəmi 23,6 min uşaq. Amma bu uşaqlar artıq ümumilikdə 860 milyon leyə yaxın borclu doğulublar", - deyə Filat Telegram kanalında yazıb.
O, həmçinin Moldova Milli Statistika Bürosunun məlumatlarına əsaslanaraq qeyd edib ki, dövlətin ümumi borcu 2019-cu ildəki 57,6 milyard leyə ($3,35 milyard) qarşı 2025-ci ildə 127,1 milyard leyə ($7,39 milyard) çatıb. Bu isə ÜDM-in 38,7%-i deməkdir - son 20 ilin ən yüksək göstəricisi.
Sabiq baş nazir əlavə edib ki, hazırkı hökumət 2025-ci ilin birinci rübündə xarici borcları ödəmək üçün daxili bazardan əvvəlkindən beş dəfə yüksək faizlə kredit götürüb və bu addımı sərt şəkildə tənqid edib. O, həmçinin Sandu və baş nazir Dorin Reçanı idarəetmədə uğursuzluğa yol verməkdə ittiham edib - baxmayaraq ki, bir vaxtlar onların siyasi karyerasının başlanmasına məhz özü dəstək verib.