İran ABŞ-i xəbərdar etdi: “Münaqişə olarsa, bütün hərbi bazalar vurulacaq”- ÖZƏL

İran Birləşmiş Ştatlarla mümkün silahlı qarşıdurma baş verdiyi təqdirdə, Yaxın Şərqdə yerləşən bütün ABŞ hərbi bazalarına zərbələr endirəcəyini bəyan edib. Olaylar.az xəbər verir ki, bu barədə İranın müdafiə naziri, general-mayor  Amir Aziz Nasirzadə dövlət televiziyasına verdiyi açıqlamada bildirib.
"Amerika tərəfinin bəzi nümayəndələri danışıqlar nəticə verməsə, qarşıdurmanın qaçılmaz olduğunu deyirlər. Ümid edirəm ki, danışıqlar uğurla nəticələnəcək, lakin əgər bizə silahlı toqquşma zorla qəbul etdirilərsə, düşmən itkiləri birmənalı şəkildə daha çox olacaq və ABŞ regionu tərk etməyə məcbur qalacaq. ABŞ-nin bütün hərbi bazaları bizim atəş radiusumuzda yerləşir və yerləşdikləri ölkələrdən asılı olmayaraq, tərəddüd etmədən onlara zərbələr endirəcəyik", - deyə Nasirzadə vurğulayıb.
Onun bu açıqlaması İran-ABŞ münasibətlərində gərginliyin artdığı bir vaxta təsadüf edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31