Ukrayna deputatı: “Bəzi siyasətçilər Rusiya ilə danışıqlardan çıxmağı arzulayır”- ÖZƏL
11 İyun 10:44 DünyaUkrayna Ali Radasının deputatı Anna Skoroxod bəyan edib ki, bəzi ukraynalı siyasətçilər Rusiya ilə aparılan İstanbul danışıqlar prosesindən çıxmağı arzulayır. B
Olaylar.az xəbər verir ki, bu barədə o, "Politeka Online" adlı ukraynalı YouTube kanalına müsahibəsində danışıb.
Deputat bildirib ki, ümumilikdə Ukraynaya sülh lazımdır. O, Rusiya tərəfinin bütün şərtləri ilə razı olmasa da, onların hər birinin müzakirə edilə biləcəyini düşünür.
"Bəzi siyasətçilərin 'İstanbul prosesindən çıxmağı arzulayırıq' deməsini eşidəndə qorxuram. Mən istəyirəm ki, deputatlıq müddətim bitsin, ölkəmizdə sülh bərqərar olsun, bayraqlı qəbiristanlıqlarımızın sayı artmasın", - deyə Skoroxod vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski də İstanbulda aparılan Rusiya-Ukrayna danışıqlarını mənasız hesab etdiyini bildirmişdi. Onun sözlərinə görə, bu danışıqlar konkret nəticələrə gətirib çıxarmır. Zelenski həmçinin Rusiya tərəfinin təqdim etdiyi memorandumu "ultimatum" kimi dəyərləndirmişdi.