Rus ordusu asimmetrik zərbələr endirdi – Berlindən reaksiya

Almaniya kansleri Fridrix Mertz Rusiyaordusunun Ukrayna ərazisinə endirdiyi son kütləvi zərbələrdən narazılığını bildirib.

Olaylar.az xəbər verir ki, bu barədə "Uelt" nəşri məlumat yayıb.

Kansler qeyd edib ki, Rusiya ciddi hərbi cinayətlər törədir.

"Moskva qəsdən və amansızcasına hərəkət edir. Bu, Ukraynanın Rusiyanın strateji aviasiya aerodromlarına zərbəsinə mütənasib cavab deyil", - o bildirib.

Qeyd edək ki, bir gün əvvəl Rusiya aviasiya və raket bölmələri Ukraynadakı hədəflərə yüksək dəqiqlikli silahlarla qrup zərbəsi endirib.

Zərbə həm də hərbi aerodromların infrastrukturunu hədəf alıb.

Xatırladaq ki, iyunun 1-də Ukrayna Rusiyanın 5 hərbi aerodromuna, o cümlədən Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki obyektlərə hücum edib. (Globalinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31