Fransa Yeni Kaledoniyanın bərpasına 3 milyard avrodan çox vəsait ayırıb- ÖZƏL
10 İyun 13:30 DünyaFransa prezidenti Emmanuel Makron, Yeni Kaledoniyada bir il əvvəl baş verən iğtişaşların nəticələrinin aradan qaldırılması üçün ölkəsinin 3 milyard avrodan çox vəsait ayırdığını bildirib. Olaylar.az xəbər verir ki, bu barədə o, Nitsada Sakit okean regionunun ada dövlətlərinin rəhbərləri ilə görüşündə məlumat verib.
"Fransa dövləti Yeni Kaledoniyanın bərpasını prioritet məsələ hesab edir və bu günə qədər bu istiqamətdə 3 milyard avrodan çox vəsait ayrılıb," - deyə Makron vurğulayıb.
Prezident iğtişaşların "bir sıra amillərlə təhrik olunduğunu" bildirib, lakin bu səbəbləri dəqiqləşdirməyib. O, yalnız yeni bir layihənin həyata keçiriləcəyini və gələn həftə Parisdə maraqlı tərəflərin iştirakı ilə məsləhətləşmələrin keçiriləcəyini elan edib.
Makron qeyd edib ki, bu yeni layihə çərçivəsində referendumların keçirilməsi nəzərdə tutulur: "Bu referendumlarda vətəndaşlar sadəcə olaraq 'bəli' və ya 'xeyr' deməlidir."
Fransa lideri, region ölkələrinin mədəniyyətlərinin referendumlar üçün tam uyğun olmadığını da əlavə edib: "Bu xalqların mədəniyyətləri daha çox 'dövrilik' və 'razılaşma' prinsiplərinə əsaslanır."
Bununla belə, Makron keçmişdəki səhvlərin təkrar edilməyəcəyinə söz verib və əvvəlki müstəqillik referendumu dalğasından sonra Yeni Kaledoniya sakinlərinin üzləşdiyi "boşluğa" diqqət çəkib.