Belarus XİN: Bəzi Avropa ölkələri Aİ-də "forpost" kimi görünərək maliyyə cəlb etməyə çalışır- ÖZƏL

Belarusun xarici işlər naziri Maksim Rıjenkov bəzi Avropa ölkələrinin özlərini Avropa İttifaqının "forpostu" kimi göstərərək maliyyə vəsaitləri əldə etməyə çalışdığını bildirib. Olaylar.az xəbər verir ki, bu barədə o, "Rossiya-24" telekanalına müsahibəsində danışıb.
Nazirin sözlərinə görə, xüsusilə Baltikyanı ölkələr Belarus və Rusiya vətəndaşlarının nəinki bu ölkələrə səfərlərini, hətta orada qalma imkanlarını belə məhdudlaşdırmaq üçün müxtəlif qanunvericilik təşəbbüsləri irəli sürürlər.
"Bu marginal ölkələr üçün Avropa İttifaqında özlərini xatırlatmağın yeganə yolu - 'biz burdayıq, əgər olmasaydıq, rus və belarus orduları Avropanı bürüyərdi' görüntüsü yaratmaqdır. Halbuki, Aİ-də qeyri-qanuni miqrantlar arasında nə rus, nə də belaruslar demək olar ki, yoxdur", - deyə Rıjenkov vurğulayıb.
Onun fikrincə, bu ölkələrin əsas məqsədi Avropa İttifaqında "nəsə edə bildiklərini" sübut etmək və bununla da maliyyə resurslarına çıxış əldə etməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31