Aİ: Gürcüstanda NATO və Aİ Məlumat Mərkəzinin bağlanması səhv addımdır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa Komissiyasının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Anita Xipper bildirib ki, Gürcüstanda NATO və Aİ Məlumat Mərkəzinin bağlanması cəmiyyətin Avropa və Transatlantik inteqrasiya barədə məlumatlandırılması baxımından faydalı bir alətin itirilməsi deməkdir və bu, yanlış istiqamətdə atılmış addımdır.

Onun sözlərinə görə, bu qərar Gürcüstan hökumətinin Aİ ilə münasibətləri məhdudlaşdırmaq istiqamətində atdığı digər addımlarla üst-üstə düşür. Buraya Xarici İşlər Nazirliyində aparılan islahatlar və işçilərin kütləvi şəkildə işdən azad olunması ilə bağlı yayılan məlumatlar daxildir.

Aİ-nin bu addımlara cavab olaraq Gürcüstan hakimiyyəti ilə siyasi təmasların azaldılması, birbaşa yardımların dayandırılması, diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimin müvəqqəti dayandırılması kimi tədbirlər görəcəyi vətəndaş cəmiyyətinə isə dəstəyin davam etdiriləcəyi bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31