NATO Baş katibi: Müdafiə xərclərini artırın, yoxsa rus dilini öyrənin – ÖZƏL

NATO-nun baş katibi Mark Rutte üzv ölkələri müdafiə xərclərini ÜDM-in 5%-nə çatdırmağa çağırıb. O bildirib ki, əgər bu tələb yerinə yetirilməsə, alternativ olaraq "rus dilini öyrənmək daha yaxşı olar". 

Olaylar.az xəbər verir ki, bu fikirləri Rutte Londonda keçirilən analitik tədbirdə çıxışından sonra The Daily Telegraph qəzetinin jurnalistinə cavab olaraq deyib.

"Əgər müdafiə xərcləri 5%-ə, o cümlədən 3.5% əsas hərbi xərclərə çatdırılmasa, siz hələ də Səhiyyə Xidmətinə və ya pensiya sisteminə pul ayıra bilərsiniz. Amma yaxşısı budur ki, rus dilini öyrənəsiniz," - deyə o bildirib.

Son aylarda NATO və Avropa İttifaqı rəhbərləri "Rusiya təhdidi" narrativini davamlı təkrarlasalar da, nə Mark Rutte, nə də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Rusiyanın NATO ölkələrinə niyə hücum etməli olduğu barədə konkret izah verməyiblər.

Qeyd edək ki, ötən yay Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində TASS-ın təşkil etdiyi görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin bu iddiaları "tamamilə mənasız" adlandırmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31