Rusiyada təyyarə səmada yoxa çıxdı
10 İyun 10:34 DünyaYakutiyada göyərtəsində 5 nəfərin olduğu An-2 tipli təyyarə ilə əlaqə kəsilib.
Olaylar.az xəbər verir ki, "RİA Novosti"nin yaydığı məlumata əsasən, təyyarə meşə yanğınlarının vəziyyətini izləmək üçün havaya qalxıb, lakin müəyyən mərhələdən sonra onunla rabitə tamamilə itib.
Təyyarədə iki ekipaj üzvü və "Avialesoxrana" təşkilatının üç əməkdaşı olub.
Hazırda axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31