Paşinyan Ermənistan Kilsəsinin rəhbərliyinə qarşı hərəkətə keçir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Ali Ruhani rəhbərliyə qarşı mübarizədə praktiki addımlar atmağa başlayıb. O, bütün ermənilərin Katolikosu II Qareginin vəzifədən uzaqlaşdırılması və yeni Katolikosun seçilməsi üçün Koordinasiya Qrupu yaratmağı planlaşdırır.

Paşinyan bildirib ki, ilk 10 üzvü özü seçəcək və namizədlərin İsa Məsihə qəlbdən inanması, Bibliyanı başdan sona oxuması, son 5 ildə heç olmasa bir dəfə Böyük Orucu tutması və gündəlik dua etməsi kimi meyarlara cavab verməsi lazımdır.

29 maydan bəri Paşinyan mütəmadi olaraq Ermənistan Apostol Kilsəsinin rəhbərliyini tənqid edir. 9 iyun tarixində isə o, Katolikos II Qaregini celibat (subaylıq) andını pozmaqda ittiham edib və onun övladı olduğunu bildirib. Baş nazir sübut təqdim etməyə hazır olduğunu deyərək Katolikosu istefaya çağırıb və möminləri patriarx iqamətgahını "azad etməyə" səsləyib.

Bundan əvvəl keşiş Asoxik Karapetyan Ermənistan Kilsəsinə qarşı dövlət səviyyəsində "terror" hazırlandığını və aidiyyəti qurumların hərəkətsiz qaldığını bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31