Kiyevə dron hücumu: yanğınlar başladı

İyunun 10-na keçən gecə Rusiya Kiyevə dron hücumu edib.

Olaylar.az xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko öz Telegram kanalında yazıb.

Onun sözlərinə görə, Rusiya ordusu əməliyyat zamanı onlarla pilotsuz təyyarədən istifadə edib.

"Şəhərin yeddi rayonunda - Dniprovski, Darnitski, Desnyanski, Obolonski, Podolski, Solomenski və Şevçenkovskidəki obyektlər vurulub. Çox sayda PUA paytaxta daxil olmaqda davam edir", - mer bildirib.

Kliçko əlavə edib ki, hücumlar səbəbindən Kiyevin bəzi ərazilərində yanğınlar başlayıb.

Bunun fonunda şəhərdə bütün təcili yardım xidmətləri səfərbər edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31