Orbandan Putinlə bağlı çağırış: “Dayanın!”
9 İyun 13:37 Dünya"Biz Rusiya Prezidenti Vladimir Putin haqqında deyil, ilk növbədə özümüzü düşünməliyik. Bu barədə düşünməyi dayandırın".
Olaylar.az xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban Fransanın "LCI" telekanalına müsahibəsində deyib.
O, bütün Avropa ölkələrinə müraciət edib.
"Bizim öz maraqlarımız var, güclü olmalıyıq - həm Rusiya ilə, həm də onsuz", - baş nazir bildirib.
Orban həmçinin vurğulayıb ki, əgər Putin Macarıstana rəsmi səfər etmək istəsə, o, lazımi səviyyədə qarşılanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31