Paşinyan xəbərdar etdi: Rusiya “kilsədən” hücuma keçir
5 İyun 14:21 DünyaErmənistanın Baş naziri Nikol Paşinyan kilsə əleyhinə kampaniyanı "rus təsiri" üzərindən aparır.
Olaylar.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat yayıb.
"Bəzi deputatlarla təkbətək söhbətlərdən öyrəndik ki: Paşinyan ruhanilərə münasibətini əsaslandırmaq üçün öz komandasında belə bir versiya irəli sürüb ki, Rusiya ötən il Baqrat Qalstanyan, indi isə Müqəddəs Eçmiədzin vasitəsilə Erməni Apostol Kilsəsinə hakimiyyətlə mübarizə aparmağı əmr edib. Buna görə də bir çox kilsə xadimi hakimiyyətə qarşı bəyanat verməli olur, Paşinyan isə bütün bunları kilsənin müqavimətini qırmaq və sonuncuya qorxu aşılamaq üçün edir", - məlumatda deyilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31