Paşinyan II Qaregini küncə sıxışdırdı: Uşağınız var, ya yox?

Mənim qavrayışıma görə, bütün ermənilərin katolikosu danılmaz bir nüfuz sahibi, ədalətin sarsılmaz müdafiəçisi, həqiqətin tükənməz mənbəyidir. Mən inana bilmirəm ki, bütün ermənilərin katolikosu həqiqəti boğan bir şəxs rolunda çıxış edə bilər. Mən inana bilmirəm ki, onun dilindən həqiqətdən başqa bir şey çıxa bilər.

Olaylar.az xəbər verir ki, bu sözləri Ermənistnın Baş naziri Nikol Paşinyan Feysbuk hesabında yazıb.

O, Qaregenin məsələyə açıqlama gətirməli olduğunu deyib:

"Qoy II Qaregin özü aydınlıq gətirsin: o, subaylıq andını pozubmu və onun uşağı varmı?

Biz - onun mənsub olduğu kilsənin ardıcılları - həqiqəti ondan eşitmək hüququna malikik".

Qeyd edək ki, bir müddət öncə Nikol Paşinyan kilsə nümayəndəsinin dayısının arvadı ilə gizli eşq yaşamaqda ittiham edərək, senzuradankənar ifadələrlə təhqir etmişdi. Bundan sonra kilsə və hökumət münasibətlərində gərginlik açıq müstəviyə keçdi. Hökumət üzvləri isə Paşinyanın əlində fakt olduğuna eyham vurdular.

Paşinyan da növbəti açıqlamasında kilsənin rəhbərliyində olanların "subaylıq andını pozmasından" bəhs etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31