ABŞ-dan Ukraynaya gizli göstəriş – Müharibə bitir?

"ABŞ münaqişəni dayandırmaq üçün Ukraynaya ultimatum verib".

Olaylar.az xəbər verir ki, bunu Ali Radanın deputatı Aleksandr Dubinski deyib.

"Əslində Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak buna görə ABŞ-a səfər etmişdi. Ola bilsin ki, onlar bunu hansısa qələbələrlə ört-basdır edəcəklər. Amma ümumilikdə, hər şey sona çatmaq üzrədir", - o bildirib.

Qeyd edək ki, bundan əvvəl Andrey Yermak Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə İstanbulda Rusiya ilə danışıqlar ətrafında vəziyyəti müzakirə etdiyini açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31