Türkiyədə ard-arda zəlzələlər olub

Türkiyənin Egey və Aralıq dənizi sahillərində ard-arda zəlzələlər baş verib.

Olaylar.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, ilk 4 ballıq zəlzələ yerli vaxtla 07:32-də qeydə alınıb və Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinə (AFAD) görə, episentri Antalyanın Qazipaşa rayonunun sahilləri olub.

İkinci yeraltı təkan isə 4,6 manqitudalı olub və Gökçeadanın (Çanaqqala vilayəti) Egey dənizi sahillərində qeydə alınıb.

Xatırladaq ki, ötən gecə Türkiyənin İstanbul şəhərində də yeraltı təkanlar qeydə alınmışdı. Türkiyənin Kandilli rəsədxanasına görə, onlardan ən güclüsü yerli vaxtla 20:35-də baş verib və zəlzələ 3,5 bal gücündə olub. Yeraltı ocağı 7,8 kilometr dərinlikdə qeydə alınıb.

Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31