ABŞ hərbi gəmiləri Baltik dənizinə daxil oldu
4 İyun 16:56 DünyaABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı operativ donanmasına məxsus "Paul İgnatius" raket esminesi və "Mount Uitni" qərargah gəmisi NATO-nun "Baltops 2025" təlimlərində iştirak etmək üçün Baltik dənizinə daxil olub.
Olaylar.az xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, "Mount Uitni" müxtəlif dəniz qüvvələrinin əməliyyatlarını idarə etmək üçün uyğunlaşdırılmış gəmidir.
"O, kifayət qədər böyük donanma birləşmələrini və genişmiqyaslı əməliyyatları idarə edə bilər. ABŞ-ın bu qərargah gəmisi tez-tez Baltik dənizinə daxil olur", - hərbi ekspert Dmitri Kornev nəşrə açıqlamasında deyib.
Nəşrin məlumatına görə, "Paul İgnatius" esminesi isə "Arleigh Burke" tiplidir və 56 ədəd müxtəlif tipli "Tomahavk" qanadlı raketinin buraxılış qurğuları ilə təchiz olunub:
"Bu raketlər Uraladək çata bilər. Gəmi həmçinin "Aegis" hava hücumundan müdafiə sisteminin daşıyıcısıdır".
Qeyd edək ki, NATO-nun "Baltops 2025" hərbi-dəniz manevrləri 3 iyun tarixində başlayıb. Bu təlimlər 1972-ci ildən bəri hər il Baltik dənizində keçirilir.