Avrozonaya doğru bir addım: Avropa Komissiyası Bolqarıstanın üzvlüyünü tövsiyə etdi- ÖZƏL

Avropa Komissiyası (AK) Bolqarıstanın 1 yanvar 2026-cı ildən etibarən avrozonaya daxil olması üçün bütün meyarlara cavab verdiyini bildirib. Olaylar.az xəbər verir ki, bu barədə AK-nın 4 iyun tarixində Brüsseldə yayımladığı rəsmi bəyanatda qeyd olunub.
"Bolqarıstan bütün tələb olunan meyarlara cavab verir. Avropa Komissiyası bu ölkənin 2026-cı il yanvarın 1-dən avrozonaya qəbul edilməsini tövsiyə edir," - deyə sənəddə bildirilir.
Bu mərhələdən sonra son qərar Avroqrup tərəfindən - avrozonaya daxil olan ölkələrin iqtisadiyyat və maliyyə nazirlərindən ibarət Şura tərəfindən qəbul olunmalıdır.
Bolqarıstanın avroya keçidi Avropa İttifaqı üçün mühüm maliyyə və siyasi addım kimi qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31