NATO: Qara dəniz və Baltik dənizi alyansın strateji bölgələridir – ÖZƏL
4 İyun 16:48 DünyaOlaylar.az xəbər verir ki, NATO baş katibi Mark Rutte bəyan edib ki, Qara dəniz və Baltik dənizi alyansın əsas fəaliyyət sahələridir və bu bölgələrdə kritik sualtı infrastruktur üçün daimi təhdidlər mövcuddur.
O, mətbuat konfransında çıxışı zamanı bildirib: "Baltik regionu ilə yanaşı, Qara dəniz və digər NATO ərazilərində də kritik infrastruktura hücum təhlükəsi daim mövcuddur."
Mark Rutte eyni zamanda xəbərdarlıq edib ki, Rusiyanın Baltik bölgəsində mümkün "ciddi hücumu" halında NATO-nun cavabı "dağıdıcı" olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31