ABŞ-də sərnişin təyyarəsi qəzaya uğrayıb

ABŞ-nin Şimali Karolina ştatında göyərtəsində üç sərnişin olan yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Olaylar.az-ın "Daily Mail" nəşrinə istinadən xəbərinə görə, insident Şuqar Velli aeroportunun yağınlığında olan dağlıq ərazidə baş verib.

Qəzaya uğramış təyyarənin İkinci Dünya Müharibəsi dövründə (1950-ci ildə istehsalı dayandırılıb) istehsal olunan "Stinson 108 Voyager" layneri olduğu deyilir.

Qəzanın səbəbləri və sərnişinlərin aqibəti barədə hələlik məlumat verilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31