Kaxa Kaladze: “Bu qətnamələrin qiyməti saman qədərdir” – ÖZƏL
4 İyun 2025 16:13 DünyaOlaylar.az xəbər verir ki, "Gürcü Arzusu" partiyasının baş katibi Kaxa Kaladze Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində Gürcüstanla bağlı qəbul edilən hesabat layihəsinə sərt reaksiya verib. O bildirib ki, bu qətnamələr "saman qiymətindədir" və Avropa bu gün yalan və böhtan üzərində qurulub.
Kaladze qeyd edib ki, bu tip sənədlər korrupsiyaya və lobbizmə əsaslanır: "Biz yaxşı bilirik ki, bu qətnamələr necə qəbul olunur, kimlər tərəfindən və nə qədər pula. Bu, sadəcə korrupsiyadır."
O, hesabatı təqdim edən avroparlamentar Rasa Yukneviçiene barədə də danışaraq onu "odiyoz bürokrat" adlandırıb və vurğulayıb ki, bu cür şəxslər çoxdur, lakin gələcəkdə vəziyyətin dəyişəcəyinə inanır: "Biz elə bir Avropanı istəyirik ki, o, həqiqətə və ədalətə əsaslansın."
Xatırladaq ki, Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi Gürcüstanla bağlı hesabat layihəsini 55 lehinə, 14 əleyhinə və 4 bitərəf səslə qəbul edib.