Pakistan Hindistanla gərginliyin azaldılması üçün Putindən vasitəçilik istəyib – ÖZƏL
4 İyun 15:28 DünyaPakistanın Baş naziri Şahbaz Şərif Rusiya Prezidenti Vladimir Putinə məktub göndərərək Hindistanla münaqişənin diplomatik yolla həllinə kömək etməsini istəyib.
Olaylar.az xəbər verir ki, bu barədə Baş nazirin xüsusi köməkçisi Səid Tariq Fatemi Valday Beynəlxalq Diskussiya Klubunda çıxışı zamanı bildirib.
Fatemi qeyd edib ki, qonşular daim müharibə təhlükəsi ilə yaşaya bilməz və Pakistan BMT, ABŞ, Aİ və Rusiya da daxil olmaqla, bütün neytral vasitəçilərlə dialoqa açıqdır. "Biz Hindistanla bir masa arxasında oturub problemi danışıqlar yolu ilə həll etməyə hazırıq," - deyə o bildirib.
O əlavə edib ki, mayın 7-də Hindistan qüvvələrinin Pakistan ərazisində terrorçulara qarşı əməliyyatı və ardınca Pakistanın "Bunyan-um Marsoos" adlı genişmiqyaslı cavab hərbi əməliyyatı iki ölkə arasında gərginliyi artırıb. Bununla belə, mayın 10-da tərəflər atəşkəsə razılaşıb və sərhəddə yerləşdirilən qoşunların sayının azaldılmasını müzakirə ediblər.