Ukrayna və ABŞ arasında faydalı qazıntılarla bağlı razılaşma qanuniləşdi- ÖZƏL

Ukrayna Ali Radası ABŞ ilə faydalı qazıntıların hasilatı sahəsində imzalanmış son razılaşmanı dəstəkləyən qanunu təsdiqləyib. Bu məqsədlə ölkənin Büdcə Məcəlləsinə dəyişikliklər edilib. Olaylar.az xəbər verir ki,bu barədə "RBK-Ukrayna" nəşri xalq deputatı Yaroslav Jelejnyakın açıqlamasına istinadən xəbər verir. Onun sözlərinə görə, qanun layihəsi 309 deputatın səsi ilə qəbul olunub.
Dəyişikliklər ABŞ ilə yaradılmış Amerika-Ukrayna Bərpa İnvestisiya Fondunun maliyyələşdirilməsi məqsədilə dövlət büdcəsindən ödənişlərin həyata keçirilməsini təmin edəcək.
Xatırladaq ki, mayın 1-də Ukrayna və ABŞ sözügedən fondu yaratmaq barədə razılıq imzalayıb. Ardınca, mayın 8-də Ali Rada hökumətlərarası razılaşmanı ratifikasiya edib. Prezident Volodimir Zelenski isə mayın 12-də qanunu imzalayaraq prosesə son qoyub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31