Avropa Parlamenti: Gürcüstanda demokratiyanın çökməsi narahatlıq doğurur – ÖZƏL
4 İyun 14:52 DünyaOlaylar.az xəbər verir ki, Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində Gürcüstanla bağlı qəbul edilən illik hesabat layihəsində ölkədə demokratik geriləmə sərt tənqid olunub. Avroparlamentari Rasa Yukneviçiene bildirib ki, Gürcüstan demokratik lider ölkədən avtoritar rejimə çevrilib.
O qeyd edib ki, bu, Rusiyayönlü hökumətin ölkəni bir güllə atmadan içəridən necə ələ keçirə biləcəyinin nümunəsidir. Hesabatda seçkilərin saxtalaşdırılması, hakim partiyanın Aİ ilə əlaqələri bloklaması, jurnalistlərin və müxalif siyasətçilərin həbsi, eləcə də Aİ-yə qarşı hücumlar vurğulanır.
Sənəddə ədalətli yeni seçkilərin keçirilməsi, rejimə qarşı sanksiyaların tətbiqi, siyasi məhbusların azad olunması və Aİ-nin Gürcüstana dəstəyinin yenidən nəzərdən keçirilməsi tövsiyə olunur.